Malidə BMT sülhməramlılarının bazasına hücum olub

15-04-2018, 19:57
Oxunub: 110
Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb


Bu gün Malidə silahlılar BMTsülhməramlılarının bazasına hücum edib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.  

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır.

"Reuters" agentliyi isə Mali hakimiyyətinə istinadən silahlıların Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti