“Qəbələ” “Səbail”ə məğlubiyyətdən xilas olub

15-04-2018, 19:36
Oxunub: 82
Qəbələdə şəhərin eyniadlı təmsilçisi ilə “Səbail” üz-üzə gəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Report xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı təmsilçisi ilə “Səbail” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açıb. Paytaxt təmsilçisinin heyətində 55-ci dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. Lakin meydan sahibləri 82-ci dəqiqədə Famussa Konenin qolu ilə yekun nəticəni müəyyənləşdiriblər – 1:1.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeləri dəyişməz qalıb. “Qəbələ” 42 xalla 2-ci, “Səbail” isə 19 xalla 6-cı pillədədir.

İlk oyun günündə “Qarabağ” “Kəpəz”i bir cavabsız qolla məğlub edib. XXIII tura hazırda davam edən “Sumqayıt” – “Keşlə” və 19:00-da start götürəcək “Zirə” – “Neftçi” matçları ilə yekun vurulacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti