“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb

15-04-2018, 19:31
Oxunub: 79
“Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar


AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Report7 xəbər verir ki, tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş müsabiqənin video­çarxları nümayiş olunub.

Sonda müsabiqədə seçilən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər isə diplom və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

Tədbir AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi (RUGİM), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti