ABŞ Suriyada məqsədlərinə çatmadan hərbçilərini çıxarmayacaq

15-04-2018, 19:02
Oxunub: 129
Məqsədlərinin yalnız İŞİD-ə qalib gəlmək olduğunu bəyan edib


ABŞ Suriyadakı qoşunlarını qarşısına qoyduğu bütün məqsədlərə çatmadan çıxarmayacaq.

APA-nın məlumatına görə, bunu "Fox News Sunday"a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

N. Heyli bu məqsədlər sırasında İŞİD terror təşkilatı üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi daxildir.

Bundan əvvəl ABŞ Suriyada məqsədlərinin yalnız İŞİD-ə qalib gəlmək olduğunu bəyan edib.

Qeyd edək ki, aprelin 13-dən 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya bir neçə hərbi obyektə raket zərbəsi endirib. Bu addım Suriya ordusunun Duma şəhərində kimyəvi silah tətbiq etməsi barədə yayılan xəbərlə əsaslandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti