Mişel de Monten - Bilmədiyini deyə bilmək

15-04-2018, 15:30
Oxunub: 428
"Cəhalətin eləsi var ki, ucalıq və cəsarət baxımdan elmdən fərqlənməz"


Dünyadakı bir çox pislik, cəsurca desək, dünyadakı bütün pisliklər bizi bilgisizliyimizi üzə çıxarmaqdan boyun qaçırmağa, rədd edə bilmədiyimiz şeyi qəbul etməyə vərdiş etdirdiklərinə görə baş verib.

Hər şey barədə müdrikcə və qəti şəkildə danışırıq. Romada bir adət var idi - bir şahidin gözləri ilə gördüyünü danışdığı və bir hakimin ən kəskin bilgi ilə meydana çıxardığı şey haqqında belə "mənə elə gəlir ki" deyə bəhs edilirmiş. Olması mümkün şeyləri mənə heç vaxt səhv etməzmişcəsinə aşılamağa çalışdıqları zaman o şeylərə qarşı nifrət yaradırlar məndə.

Tövsiyələrimizin hədsizliyini zəiflədən bu sözləri sevirəm mən: "ola bilər ki, bəzən, belə deyirlər ki, zənnimcə" və bunun kimi sözləri... Uşaqları tərbiyə etməli olsam, onların sualını yola vermək naminə kəsib atmaqla deyil, sual verərək qarşılıq verməyə öyrəşdirərdim: "Bu nə deməkdir? Bundan başım çıxmır. Ola bilər. Doğrudurmu?". On yaşında müdriklər kimi danışmaqdansa, altmış yaşında tələbə kimi qalsınlar. Cəhalətdən qurtulmaq istəyən şəxs onu açıqlaya bilməlidir. İris (aydınlanma) Taumantisin (təəccüb) qızıdır. Təəccüb bütün fəlsəfənin təməli, sorğulamaq inkişafı, cəhalət son mərhələsidir. Cəhalətin eləsi var ki, ucalıq və cəsarət baxımdan elmdən fərqlənməz. O bilgisizliyi qavramaq üçün də elm lazımdır, elmi qavramaq üçün lazım olan qədər... 
Tərcümə: Xuraman Məmmədova
Mənbə: Mişel de Monten "Esselər"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti