İranın Suriyadakı hərbi bazasında partlayış olub

15-04-2018, 12:15
Oxunub: 85
Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub


İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub.

APA-nın məlumatına görə, CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub.   

Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Partlayış baş verən ərazidə İsrail Hərbi Havva Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşlar etdiyi bildirilir. Partlayışın da məhz havadan endirilən zərbələr nəticəsində baş verdiyi ehtimal olunur.    

Digər məlumatlarda isə deyilir ki, partlayış silah anbarında olub.

Məlumat hələlik rəsmi təsdiqlənməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti