ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib

15-04-2018, 12:12
Oxunub: 243
Dəməşqin BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakı tələb olunur


ABŞ, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silah tətbiq olunmasının araşdırılmasına dair yeni qətnamə layihəsi təqdim edib.  

APA-nın “Liberation” nəşrinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsində humanitar yardımın maneəsiz çatdırılması və atəşin dayandırılmasına çağırış edilir, həmçinin Dəməşqin BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakı tələb olunur.   
Bundan başqa, sənəddə Suriyadakı kimyəvi hücumların müstəqil təhqiqatı istənilir.

ABŞ və müttəfiqləri, eyni zamanda, Suriyada atəşin dayandırılmasını nəzərdə tutan 2401 saylı qətnamənin yerinə yetirilməsinə çağırır və Dəməşqdən vicdanla və konstruktiv şəkildə, heç bir ön şərt irəli sürmədən sülh danışıqlarında iştirak etməyi tələb edir.     

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-də Suriyada Əsəd hökumətinin kimyəvi silah hazırlanan obyektlərinə hava-raket zərbələri endirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti