Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib

15-04-2018, 11:56
Oxunub: 247
İlkin məlumata görə, partlayış qumbara vasitəsilə törədilib


Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib.

Report Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə "Kievenerqo" şirkətinin binasının yaxınlığında olub.

İlkin məlumata görə, partlayış qumbara vasitəsilə törədilib. Partlayış zamanı binanın fasadı zərər çəkib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Ukrayna polisi partlayışın başvermə şəraitini və səbəbini araşdırır. Bunun növbəti hadisə olduğu qeyd edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti