Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

14-04-2018, 12:43
Oxunub: 301
Ötən ay Gürcüstan Azərbaycandan 124 mln. 27 min kv/saat elektrik enerjisi idxal edib


Ötən ay Gürcüstan Azərbaycandan 124 mln. 27 min kv/saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına istinadla xəbər verir ki, bu, fevral ayının göstəricisindən 25,9% azdır.

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan ümumilikdə 478 mln. 70 min kv/saat elektrik enerjisi idxal edib.

Mart ayında qonşu ölkənin Türkiyədən idxal etdiyi elektik enerjisinin həcmi isə 36 mln. 488 min kv/saat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti