Bu il Azərbaycana avtomobil idxalı artıb

12-04-2018, 19:32
Oxunub: 172
13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3 506 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 075 ədəd avtomobil və ya 2,45 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti