Yapon təhsil sisteminin fərqli xüsusiyyətləri

12-04-2018, 15:32
Oxunub: 1273
"Yaponiyada büdcənin 12%-i təhsilə ayrıldığı halda 7,7%-i hərbi xərclərə ayrılır"


Yaponlar ağıllı, çox oxuyan, diqqətli, təcrübələrə əsaslanan insanlardır. Bunu yapon mədəniyyəti, adət-ənənələri və hətta genetikaları ilə də əlaqələndirə bilərsiniz. Ancaq gözardı etməməli olduğunuz bir şey daha var ki, o da ciddi yapon təhsil sistemidir. Oxuduğunuz zaman əksəriyyətinizin “yaxşı ki, Yaponiyada oxumamışıq” deyəcəyinizdən çox əminik.

1. Təhsil sistemi çalışqanlıq, fərdin özünü sorğulamağı və gündəlik işləmək vərdişlərinin əldə edilməsinin vacibliyi üzərində qurulub. Şagirdlərin məktəb həyatının yarısı bilavasitə əxlaqi davranışların və xarakterin inkişafının öyrənilməsi müddətidir. Tədris planı yapon cəmiyyətinin və mədəniyyətinin təməl dəyərlərinin öyrənilməsinə həsr olunub. Eyni zamanda yapon şagirdlərin akademik uğurları beynəlxalq standartlardan çox yuxarıdır. Sistemin təməl xarakteri yüksək ixtisaslaşma dərəcəsi və dərsləri davam etmək “məcburiyyətidir”.  Vacib yerə sahib olan özəl təhsil mərkəzləri də eyni xüsusiyyətləri daşımaqdadır.

2. Yaponiyada büdcənin 12%-i təhsilə ayrıldığı halda 7,7%-i hərbi xərclərə ayrılır. Yaponiyada oxuyub-yazma nisbəti 99%-dir. İbtidai sinifdə bir müəllimə orta hesabla 25 şagird, orta təhsildə 18, ali təhsil müddətində isə 11 şagird düşür.

3. Yaponiyada məcburi təhsil 9 ildir. Bunun ilk 6 ili ibtidai, son 3 ili isə orta təhsildir. Məcburi təhsil 6-15 yaş aralığındakı uşaqları əhatə edir və dövlət məktəblərində pulsuzdur. Bu məktəb əvvəlində 65%, ibtidai sinifdə 99%, liseydə 92% və ali təhsildə 39%-dir.

4. Yaponiyada 6 yaşı tamam olan hər uşaq 6 il davam edən ibtidai təhsilə başlayır. İbtidai təhsil məcburi və pulsuzdur. Onun məqsədi əməkdaşlıq ruhunu, regional və beynəlxalq adətləri, beynəlxalq anlayış ruhunu, riyaziyyat, dil və elm qabiliyyətini, musiqi, incəsənət və ədəbiyyata olan marağı inkişaf etdirməkdir.

5. Yaponiyada məktəb ili 1 apreldə başlayır və 31 Martda bitir. Aprel-İyul aralığı, sentyabr-dekabr və yanvar-mart sonu şəklində 3 dövr ərzində baş tutur. Həftədə 5,5 gün (şənbə yarım gün) məktəbə gedilir. İldə cəmi 240 iş günü vardır. Yapon məktəblərində karma təhsil sistemidir.

6. Bütün siniflərdə dərsləri bir müəllim aparır və həmin sinfə qarşı o müəllim məsuliyyət daşıyır. Şagirdlər bütün dərslərini eyni sinifdə keçirlər, sadəcə laboratoriya və və təcrübələr üçün xüsusi siniflərə gedirlər. İbtidai sinifdə bütün gün dərsdə olurlar. Səhər saat 8:30-da dərs başlayır, 15:50-də başa çatır. Dərslərin davametmə müddəti 45 dəqiqədir. İbtidai təhsildə yapon dili, sosial tədqiqatlar, riyaziyyat, fənn elmləri, musiqi, rəsm, əl sənətləri, ev işləri (5 və 6-cı sinifdə), bədən tərbiyəsi, əxlaqi tərbiyə və şəxsi fəaliyyətlər dərsləri tədris edilir.

7. Dövlət məktəblərinin əksəriyyətində ümumi forma yoxdur, ancaq seçilə bilmək üçün şapka və ya simvol daşımaqları lazımdır. 1969-cu ildən etibarən bütün ilk və orta məktəblərdə pulsuz kitab verilir. İbtidai məktəblərin 98%-də dövlətin maliyyə dəstəyi ilə günorta yeməyi verilir.

8. Məktəblərin 90%-də gimnastika, 75%-də üzgüçülük üçün zal yerləşməkdədir. Bütün məktəblərdə təhsil məqsədi ilə "Yapon televiziyası" (Nippon Hosa Kyokai) vasitəsilə möhtəşəm şəkildə hazırlanmış radio və televiziya sistemi təşkil olunmuşdur.

Tərcümə: Günay Əliyeva
Mənbə: "Onedio"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti