Pyer Burdye - Əlcəzairdə sənədli film fotoqrafı

11-04-2018, 13:09
Oxunub: 1350
"Fotoqraf kimi Burdyenin həmişə empatiyası ilə elmilik arasında tərəddüd keçirdiyi hiss olunur"


Əlcəzairdə Pyer Burdyenin fotolarından ibarət olan sərgi olduqca qeyri-adi, sirli bir ab-hava içindədir. Pyer Burdye əsgərliyini Əlcəzairdə başa çatdırdıqdan sonra Əlcəzair Universitetində müəllim işləmişdi (1957-1960, 4 noyabra qədər). Sərgi birinci dəfə 2003-cü ildə, yəni Burdyenin ölümündən bir müddət sonra “Institut du Monde Arab” (Ərəb Dünya İnstitutu) və Qraz Sənət Qaleriyasında "Camera Austria" və Burdye təkşilatının himayəsində keçirilmişdir.

Sərginin kataloqu Burdyenin Əlcəzair haqqında müxtəlif yazılarını və 2001-ci ildə Frans Şultes ilə apardığı bir müsahibəni özündə ehtiva edirdi və yenidən ictimaiyyət üçün nəşr edilmişdi. Birdən fərqinə vardım ki, mən 50-ci ildönümü tamamlanan vaxtda onun məzarı başındayam (20-ci ildönümündə də orada idim).

Bütün bunlar o dövrlər hələ 30 yaşı tamam olmamış Burdye üçün bir keçid mərhələsi idi. O, həmçinin məcburi şəkildə əsgərliyə aparılmışdı, amma özünün sərgidə nümayiş olunan bir filmində ifadə etdiyi kimi bunu özü üçün cəza kimi saymırdı, çünki 25 yaşı tamam olmuşdu və hər kəs kimi səfərbərliyə çağırıla bilərdi. İlk dönəmlərdə nə ön cəbhədə, nə də müharibənin içində idi, bir anbarın müdafiəsini ona tapşırmışdılar. Bundan sonra isə redaktor kimi işlədiyi Əlcəzair Ümumi Hökumət Ofisinə transfer edilmişdi. Digər əsgərlərin əksinə xidmət etdiyi müddətdə heç bir şəkil çəkdirməmiş və bunu "çəkdirə bilmədim" kimi izah etmişdi. Bir intellektual olaraq müharibəyə qarşı çıxsa da, ("L’Epress"ə aid qadağan olunmuş bir jurnalla tutulmuşdu) bəzi əsgər yoldaşlarının əksinə olaraq aktiv əleyhdarçı kimi mübarizə aparmamışdı. “Çanta daşıyan” olmasa da, (“intellectuel engage” yəni “siyasi tərəfdən aktiv intellektual” təsvirinin ilk üzü olmasına hələ 20 il var idi) bir dövrlər azad universitet assistantı olan Burdye təcrübələrini ictimaiyyətə təqdim edəcəkdi. Fəlsəfə sahəsində təhsil almış Burdye sosiologiya və (qaydalarına o qədər hörmət etməyini ifadə etsə də) etnologiya sahələri ilə də maraqlanmışdı.

Onun metodunu bir neçə il sonra Jan Duvinonun Çebikadakı işləri ilə müqayisə edə bilərik. Burdye Əlcəzairin o dövrlərdə içində olduğu “sosial laboratoriya” vəziyyəti qarşısında əlacsız qalmasını və müharibənin təhlükələrini olduqca şüurlu şəkildə dərk etməsinə baxmayaraq (özü heç bir təhlükə altında qalmadığı halda), bəzən Əlcəzair Milli Azadlıq Cəbhəsinin əməldə deyil, daha çox sözdə dedikləri qarşısında həddən artıq sakit davranış göstərirdi. Buradakı bütün şərtlərin sosioloq olmağa məcbur etdiyi Burdye əlinin altında olan imkanları artıqlaması ilə istifadə edirdi. Müstəqil təqdiqatçıdan daha çox həyatını bu işə həsr edən və şahidlik edən Burdye özünü bürokratik sosiologiya adlandırdığı nəsnədən tamamilə uzaqlaşdırmışdır. Əlcəzairdə topladığı bütün bu təcrübələr onun karyerası boyunca yaradacağı qaydaların təməlini formalaşdırmış, habelə gələcəkdə yaradacağı bir çox ideyaların təməli də bu təcrübələr sayəsində təşəkkül tapmışdı.

Fransaya qayıtmasının ardınca Kodak üçün həyata keçirdiyi işlər və özünün “adi, primitiv” kimi dəyərləndirdiyi tənqidi işlər onun fotoqraflığa münasibətinin necə də zidd bir quruluşa malik olmasını göstərir(Maraqlıdır ki, bu iş sərgidə satış üçün təqdim edilməmişdi). O, nə fotoqraflığın sərhədləri, nə də fotoqrafın insanı necə şübhəyə salacağı mövzusunda heç bir fikrə malik deyildi. Layihələri üstündə işlədiyi əsnada Burdye şəkilləri araşdırmalarını sənədləşdirmək üçün çəkirdi. Şəkillərin məkan və tarix cəhətdən siniflərə ayrılması, eyni dövrə aid Jermen Tillionun işləri ilə müqayisədə çox zəif görünürdü. Burada müharibəyə, dağıntıya, ölülərə, yaralılara və gerçəkliyə dair heç bir şəkil yox idi. Bir çox şəkillər gizli şəkildə çəkilmişdi. Məsələn, "Leica" kamerasından istifadəni dayandıraraq sinə xəttindən gizlincə şəkillər çəkməyə imkan yaradan "Zeiss İkoflex"ə keçmişdi. Bir çox insanları arxadan, özlərinin xəbəri olmadan çəkmişdi. Bəzi şəkillər müasirlik və ənənəvilik cəhətindən bir-birinə zidd şəkildə mənzərələrə, hətta gülməli poçt kartlarına oxşayırdılar. Bu mövzudakı şəkillər məşhur şəkillərin bir çoxunu özündə birləşdirirdi. Buna misal kimi aşağıdakı görə biləcəyimiz skuter sürən çarşablı qadını və Əlcəzair sərgisində qəhvə içən qadınların şəkillərini göstərmək olar.

Pyer Burdye - Əlcəzairdə sənədli film fotoqrafı

Pyer Burdye - Əlcəzairdə sənədli film fotoqrafı

Onun "Habitat" və "Le Deraciment" (Uprooting/Kökünü kəsmək ) haqqındakı yazıları nə qədər diqqətəlayiq görünsə də, qadın-kişi münasibətləri və müharibənin bu münasibətləri necə dəyişdirdiyi haqqındakı fikirləri də o qədər bəsitdir. Hətta əgər o, müəyyən qədər Jermen Tillionun fikirlərindən ifadələr işlətsə də, onun örtük haqqındakı izahlarını o qədər də istifadə etmirdi. Habelə Burdyenin cinsiyyətlər arasındakı davranış fərqləri haqqında analizləri də elmilikdən daha çox bədiiliyə yaxın görünür. Onun tabular haqqındakı analizi isə yumşaqlığı ilə diqqəti cəlb edir. Lakin o bir etnologistdən daha çox bir filosof və özünü inkişaf etdirmiş sosioloqdur (O, Rorşaxdan tez-tez bəhs etsə də, biz onun bir psixoloq olmasını müdafiə edə bilmərik).

Pyer Burdye - Əlcəzairdə sənədli film fotoqrafı

Fotoqraf kimi Burdyenin həmişə empatiyası ilə elmilik arasında tərəddüd keçirdiyi hiss olunur. O, ehtimal ki, 1960-ci illərdə Blidada bir balkonda oturaraq, gedib-gələn adamların şəkillərini çəkərdi. Bunun vasitəsilə Burdye Əlcəzair küçələrinə dair olduqca maraqlı bir sənədli film layihəsi ortaya çıxara bilmişdi. Bu layihənin eynisi “camps de regroupement” (toplama düşərgələri) şəkilləri üçün də etibarlıdır ("habitus" konseptinin yaranması da bu dövrə təsadüf edir). Bu silsilələrin əksinə, qarşısında sakit dayanan və ya oyun oynayan uşaqları çəkdiyi şəkillərə baxanda isə (və ya Kolladaki sünnətin şəkilləri) kolonizə edilmiş əlcəzairlilərə qarşı bir yaxınlıq, coşqun bir bağlılıq hiss edilə bilər.

Pyer Burdye - Əlcəzairdə sənədli film fotoqrafı

Bu şəkillər sadəcə sənədləşmə məqsədi ilə çəkilmişdi və Burdyenin bu şəkilləri göstərməməyin səbəbi isə “sənətçini istədiyi şəkildə oynamaqla günahlandırmaq qorxusu” idi. Belə olsa da, onların bir çoxu (konteksti də nəzərərə almaqla) yaxşı şəkildə təqdim edilmişdi. Şəkillər və sənədli filmlər məlumat ötürülməsi cəhətdən hələ də dəyərlərini qoruyurlar. Həmçinin sərgidə Mark Qaranjerin sənədləşmə otağındakı albomunu azca da olsa, nəzərdən keçirdim. O da (daha çox şiddətli bir şəkildə) müstəmləkəçilik həqiqəti ilə üz-üzə gəlmişdi. Aradakı fərq çox heyranedici idi.

Tərcümə: Nəcəf Əsgərzadə
Müəllif:  Lunet Ruj
Mənbə: whatart33
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti