Almaniyada hərbi helikopter qəzaya uğrayıb

10-04-2018, 19:30
Oxunub: 192
Qəzanın başvermə səbəbi araşdırılır


Almaniyanın Bavariya vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Xasfurt aerodromunda qeydə alınıb.

Helikopter yanacaq doldurmaq üçün aerodroma enib və qalxarkən ərazidəki dispetçer məntəqəsinə çırpılıb. Qəza nəticəsində aerodromun 60 yaşlı əməkdaşı ciddi zədə alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə dövlətə bir neçə milyon avro ziyan vurub. 

Qəzanın başvermə səbəbi araşdırılır.

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti