"Barselona" 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər

10-04-2018, 20:00
Oxunub: 111
36 oyun keçirib və 1 qola imza atıb


İspaniyanın "Barselona" klubu Almaniyanın "Leyptsiq" komandasının 19 yaşlı futbolçusu Dayo Upamekanonu transfer etmək niyyətindədir.

Report-un "Telefoot"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi fransalı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.

Əslən qvineyalı olan oyunçu ilə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Dayo Upamekano 2017-ci ildən "Leyptsiq"də çıxış edir. O, cari mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyun keçirib və 1 qola imza atıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti