"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

12-12-2012, 16:06
Oxunub: 2783


Bəzi şeylər var ki, insanlara adi görünsə də, adi deyil. Sadəcə, onlara fərqli baxmaq və bunu görmək lazımdır. Bu fərqli baxışların, fikirlərin, ideaların çarpışma meydanıdır. Bu barədə bugünki müsahibimiz Raj Steven daha ətraflı danışdı. O, çox bacarıqlı bir fotoqrafdır və çox gözəl fikirləri var. Bu fikirləri o bizim söhbətimiz zamanı açıqladı. O, bizim görmədiklərimizi görür.

 

ONLARI TANIMALIYIQ

 

-İstərdim öncə özünüzü təqdim edəsiniz.

-Mən 1984-cu ildə doğulmuşam. Əslən qarabağlıyam. Məktabi bitirdikdən sonra imtahan verdim və Türkiyədə Mimar Sinan Universitetinin "fotoğrafçılıq" bölümünə daxil oldum. Əslində bu imtahan elə belə olmadı; yaşlı bir fotoqrafın şəkil çəkməyi çox xoşuma gəlmişdi. Sonra onun şəkillərinə baxdım, həqiqətəndə gözəl reportaj şəkiləri var idi. Bu məndə böyük maraq yaratdı. Bu həqiqi mənada fotoqrafiya idi. Sadəcə Azərbaycanda bu sahədə boşluqlar olduğuna görə, inkşaf olmadığına görə mən məcbur şəkildə xaricdə təhsil almağa üstünlük verdim. 4 il Türkiyədə oxuyandan sonra eşittim İngiltərədə bəzi masterlər, çox yaxşı, dünyada məhşur olan fotoqraflar var. Və davam etmək üçün İngiltərədə təhsil aldım. O müddət ərzində də bir çox ölkələrdə şəkillər çəkməyə çalışırdım. Müharibələrin geniş olduğu ölkələrdə də, məsələn İraqda, Əfqanıstanda bir neçə şəkillər çəkmişdim. Amma tam səmimi demək gərəkirsə bu sırf maraq üçün idi. Yəni hansısa jurnal üçün, korporasiya üçün vəya böyük bir təşkilat üçün deyildi. Maraq üçün idi, sadəcə görmək istəyirdim və gördüm indi artıq bunun nə olduğunu başa düşürəm. Fotoqrafiyaya başlayanda bunu seçmişdim.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

-Azərbaycana qayıtmağınızın səbəbi nədir?

-Bura doğma vətənimdir. Və məqsədim fotoqrafiyada daha çox naliyyətlər əldə etməkdir. Biraz səmimi desək həmdə ailə həyatı ilə bağlı idi yəni ailə qurmaq məsələsi. Mən çox ciddi yanaşıram bu məsələyə. Məncə bizdə məsləhətlidirki burda ailə həyatı qurasan. İnşallah ailə qurandan sonra mütləq şəkildə qayıdıb getmək fikrindəyəm. Çünki burda işləmək çox çətindir. Ona görə yox ki, fotoqraf burda çoxdur ona görə ki, imkan vermirlər, problemlər olur. Şəkil çəkmək itədiyin yerləri bəzən çəkə bilmirsən. İndi Discovery ilə müqaviləm var, müqavilə əsasında işləyirəm. Discovery Azərbaycan üzrə şəkillər çəkirəm və jurnalında fotoqraf kimi çalışıram. Həmdə tədrislə məşğulam yəni, bir çox həvəskarlarla məşğul oluram. İstəyirəm onlar professional olsunlar. Düzdü festivallar olub getmişəm, sərgilərdə iştirak etmişəm amma bunlar artıq buzun məsələlərdir. Bəzən deyirlər niyə xaricdə çəkdiyin şəkilləri paylaşmırsan, bəzilərini paylaşıram amma səmimi deyimki onlar artıq mənim deyil, mənə mənsub deyil, çünki onları mən satmışam. Ona görədə mən onlardan istifadə edə bilmirəm. Həm də belə şeylər mənə biraz yaddı. Yəni hansısa bölgədə şəkil çəkdirmək və dərhal onları paylaşmaq kimi şeylər mənə yad gəlir.

-İlk dəfə sizin fotoqraflığa həvəsiniz nə vaxt yarandı?

-1998-ci ildə. Çox qəribə bir şeydi, mən bir yaşlı adam görmüşdüm o fotoqraf idi hal hazırdada yaşayır o insan. Və bugün mənim üçün ən dəyərli insanlardan biridir. Adı Məqsəddir. Düzdü çox tanınmır, adı çox hallanmır. Ümumiyyətlə Azərbaycanda belə insnalar çoxdur. Elə bu sözü mən Azərbaycanda fotoqraf yoxdur deyənlərə şamil edərdimki, onlar yaxşı araşdırsınlar və görsünlərki Azərbaycanda yetəri qədər istedadlı fotoqraflar var. Buna ən yaxşı misal, mənim bir dostum var Vüqar İbadov o çox yaxşı fotoqrafdı, repartyordur. Amma mən onun işlərini dünya arenalarında görə bilmirəm. Buna səbəb o deyilki onun işləri güclü deyil. Onun çox güclü şəkilləri, işləri var. Mən şəxsən onun repartaj şəkillərinə vurğunam. Abbas Atilay var gözəl roportaj şəkillər çəkir, Orxan Aslanov var qlamur jamrında gözəl şəkillər çəkir. Hələdə Azərbaycanda onun kimi qlamur janr baxımından güclü fotoqraf tanımıram. Yəni var fotoqraflar sadəcə onları dəyərləndirib National Geographic kimi, Geo kimi, hətta Diskovery kimi sistemlərə salmaq artıq böyük problemdir. Şirkətlər bu işlə məşğul olsalar bizdədə bir çox istedadlı fotoqraflar olduğunu görə bilərlər.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

-Mütəxəssis kimi necə cavab verə bilərsiz. Azərbaycan fotoqrafiya sahəsində başqa ölkərdən geri qalır yoxsa yox?

-National Geographic-in bir fotoqrafı var Ed Kashi. Mən o vaxt onun masterlərində otururdum. Və o bizim ölkə haqqqında belə bir söz deyirdi, Azərbaycanda dünyada məşhur olacaq qədər kadrlar var sadəcə onları çəkmək lazımdır. Şəxsən onun bu sözü mənim xoşuma gəlirdi. Bu həqiqətən belədir. Bizim ölkədə yetəri qədər kadr var. Kadrlar deyəndə ağla mənfi kadrlar gəlməsin. Tam tərsi müsbəy kadrlar. Mən belə düşünürəmki bizim ölkəmiz fotoqrafiyada bir çox ölkələri geridə qoyub. Məsələn Türkiyə ilə ölkəmizi müqaisə etsək görərikki bizim ölkədə həqiqətəndə irəliləyiş var Türkiyəyə nisbətən. Sadəcə bizim fotoqraflar pul üçün toy çəkilişlərinə üstünlük verirlərki, Türkiyədə bu belə deyil. Bizim ölkədə şərait yaradılmır. Bizdə təhsil bazası yaradılmalıdır. Bizim ölkədə fotoqraf problemi yoxdur bizdə fotoqrafiya təhsili, bazası problemi var.

-Bəs Azərbaycanın qocaman fotoqraflarından, operatorlarından hansıları bəyənirsiz?

-Rafiq Quliyev eşitmişəm, onun gözəl işləri var, baxmışam bəyənirəm. Ən çox mənim bəyəndiyim isə Rafiq Qəmbərovdur, onun işləridir. Sonra Sənan Ələsgərov var, onunda çox gözəl işləri var. Bəyəndiyim fotoqraflar sırasında ən bəyəndiyim və ən çox hörmət etdiyim Rafiq Qəmbərovdur. Teleoperatordur, onun çox gözəl şəkilləri var və keçmişdə o Azərbaycan Fotoqraflar Birliyinin sədri olub. Və onu da qeyd edimki Rafiq müəllim mənim üçün bir master də olub. Onun mənim üzərimdə hətta deyərdim ki, çox böyük əziyyəti var. Yəni bir peşəkarın necə insan olacağını mən ən azından Rafiq müəllimdən öryənmişəm. Yəni peşəkar insan necə olmalıdı. Texniki tərəfini Türkiyədə oxuyandan bilirdim. Yəni kompozisiya,işıq bunların hamısını insna öryənir. Universitet, tətbiq, təcrübələrdə öryənirsən. İnsani keyfiyyətləri aşılayan bir fotoqraf kimi hətta böyük bir mütəxəssis kimi mən Rafiq müəllimin adını qeyd edə bilərəm.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

-Səhv etmirsəmsə, siz onun portretini də çəkmişdiniz.

-Hə, onun bir portretini çəkmişəm. Bu günə qədər çox insanların prtretlərini çəkmişəm hətta xarici ölkələrdə elə insanlar varki onlar o ölkədə doğrudan çox tanınmış adamlardır, onlarında portretləri olub məndə. Bir müddət Sami Yusif adlı bir müğənni var mən ingiltərədə olanda onunla dostluq edirdim və onunda məndə bir neçə şəkili var. Sağlıq olsun, tez zamanda onlarıda internetə yerləşdirməyi düşünürəm. Hətta onunda şəkillərini çəkirdim amma inandırım sizi Rafiq müəllimin şəkilini çəkəndə sevindiyim qədər sevinməmişdim. Yəni Rafiq müəllimin helə bir şəklini görməmişdim və özümə çox xoş oldu onu çəkmək.

-İşlərinizdən, yəni çəkdiyiniz şəkillərdən sizin ən çox xoşunuza gələn hansı olub?

-Bunu mən keçən dəfə dərsdə tələbələrə də dedim, mən düşünürəm ki, fotoqraf öz işini heç vaxt bəyənməməlidir. Çünki öz işini bəyənsə artıq geriləyəcək, inkşaf etməyəcək. Mənim özümə görə elə bir işim yoxdur ki, mən onu bəyənim vəya mən onu qaldırım ki bu şəklin analoqu yoxdur. Sadəcə işimdən, şəkillərimdən çox zövq alıram. Bəzən şəkil çəkəndə hətta özümdən asılı olmadan yerimdə tullanıram, yeimdə dayana bilmirəm. Çünki bu doğrudanda mənə çox zövq verir. Amma nədənsə öz sevgilimin, nişanlımın şəkillərini daha ürəklə çəkirəm. Çünki bu adi məsələdir bu birmənalı şəkildə qəbul olunna məsələdir. Açıqcası, bununla bağlı bir məsələyə toxunacam. Mən deyərdim mənim işimin 90 %-də onun təşkilatçılığı var. Yəni, Azərbaycan cəmiyyətinə gəldiyimdən, onu tanıdığımdan onun mənim üzərimdə çox böyük zəhməti var. Yəni işin necə idarə olunması ilə bağlı hətta şəkillərin qoyulmasına qədər. Və mən zövq məsələsində ona çox arxayınam. Mən bir dəfə öz tələbələrimdən birinə şəklimizi çəkməyə və onu internetdə yayımlamağa icazə verdim. O, həqiqətəndə işinin öhdəsindən çox yaxşı gəldi. Bizim konseptual şəkillərimizi çəkmişdilər və çox gözəldə alınmışdı. Ancaq mən onu internetə yerləşdirəndə hətta bəzi fotoqraflar buna etiraz etdilər. Bildirdilər ki, düzgün baxmıllar insan öz gələcək yoldaşı ilə öz Love Story şəkillərini niyə görə internetə qoysun. Mən doğrudan həmin fotoqrafları qınayıram ki, bizim sənət, bizim sahə bu o demək deyilki biz bu sahədə qapalı olmalıyıq. Hər kəsin öz düşüncə tərzi var və mənə elə gəlirki biz sadəcə sənət işi göstərməyə çalışırıq. Özümüzü reklam etmirik. Yəni sadəcə şəkillər belə olsa daha yaxşı olar, daha gözəl olar. Yəni fərqli bir şey.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

-Sizin hansısa bir işiniz olubmu ki, onu paylaşmağa, yayımlamağa qoymayıblar?

lbətdə. Məsələn mənim bir işim var, kreativ janrda çəkilən şəkildir. Bəzi dırnaqarası düşüncələr buna mane olur. Bu açıq-saçıq şəkil deyil və buna icazə verilməməsi doğrudanda mənə təsir edir. Çünki mən bu işə ürəyimi verirəm, ürəyimi qoyuram, ancaq mən onu sərgiləyə bilmirəm. Düzü mən fotoqrafiyada şəkil satıb, müəlliflik hüququnubelə təslim etməyin belə tərəfdarı deyiləm. Yəni müəllif mənəmsə mənim bunu sərgiləməyə yetkim var. Mən bu cür düşünürəm. Ancaq biz bəzən müştərilərlə danışanda bu barədə razılığa gəlirik. İnsnalar eşitmişəm bu yaxın zamanlarda ki, artıq fotoşəkilləri çəkəndə müştərinin qarşısına şərt qoyur. Yəni biz o şəkilləri sonra internetə yerləşdirəcəyik yoxsa çəkmirik. Amma mən bunu düzgüm hesab etmirəm. Hər kəsin fikrinə hörmət etməliyik bəlkə biri istəmir bunu. Bunu normal qarşılamaq lazımdır. Sən sadəcə işini, sənətini göstər. Birdə bir şeyi qeyd edim. Bayaq dediyim kimi bizdə foroqraflar əasasən toy çəkilişlərinə üstünlük verirlər. Və sifarişlə gələn fotoqraflara da toyda yuxarıdan aşağı baxırlar. Ancaq onlar bunu başa düşmürlərki ora incəsənət adamını çağırırlar. Hansısa bir incəsənət adamına necə münasibət göstərilirsə fotoqrafa da helə göstərilməlidir. Əgər hansısa yerdə fotoqrafa aşağı qiymət verilirsə və fotoqraf buna görə ordan inciyib gedirsə orda fotoqraf yerlə göy qədər haqqlıdır. Məsələn mənim başıma belə bir şey gəlmişdi, mənə çox pis münasibət göstərdilər, sanki mən bunlara borcluyam. Məndə bir manevr etdim dedimki, əgər yaxşı bir şəkil istəyirsinizsə çıxardın məni başınızın üstünə qoyun. Çünki mən buna məcburam. Əgər siz mənə aşağı qiymət versəniz onda məndə sizə verdiyiniz qiymət dəyərində də şəkil verəcəm.

-Çəkdiyiniz fotolara baxanda mən həqiqətən də zövq alıram. Mənə maraqlıdır bəs şəkil sizin üçün nə deməkdir?

əkil həyatdır. Mən həyatda iki şeyi daha üstün tuturam, ailəm və fotoqrafiya. Və bunlarıda yan-yana tuturam, dəyərləndirirəm. Bu o demək deyilki sevgim bunların ikisinə də eynidi. Burda bunlar biraz ayrılmalıdır. Yəni hər ikisinin öz yeri var. Hər birisi öz yerinə və öz möhtəşəmliyinə görədir. Amma mən ailəmi və işimi yəni, fotoqrafiyanı mən uzlaşdırıram. O zaman mən bunu belə ifadə edəcəm, şəkil mənim üçün böyük bir həyat deməkdir. Həyatda bir saniyənin içində belə aniyələr var. Yəni bir saniyə on aniyədir. Və inanın mənə həyat təkrarlanmır. Kim deyirsəki təkrarlanır bu yalandır. Həyat öz axarı ilə gedir. Bir hadisə bir daha olmayacaq, bunu kadra almaq və göstərmək lazımdır. Məsələn model çəkirsən deyirlər həyatnan nə əlaqəsi var? Çox əlaqəsi var. O indiki simasını, indiki geyimini, indiki formasını, indiki baxışını, indiki fikirlərini sonra yarada bilməyəcək, inanın mənə. Bunu mənə həyat təcrübəsi deyib, mən bunu özümdən demirəm. Mən bunu həyatda görmüşəm. Məsələn mənfur insanların üzlərini çəkməkdən necədə xoşum gəlir yəni, o insanların nə qədər tülkü olduqlarını ortaya qoyursan. Vəya şən insanları çəkərək o insanların həyata nə qədər bağlı olduqlarını göstərirsən. Deyiləsi çox şey var. bir iki sözlə bitmir. Amma mən bunu qeyd edirəmki, fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyat deməkdir. Bu mənim üçün belədir. Məni yaşadanda budur, zövq almaq. İnandırıram sizi ki, hərdən şəkil çəkəndə elə şey olur və mən ondan elə zövq alıramki, həmin dəqiqədə aldığım zövqü b əlkə də mənə 2 million dollar versələr ala bilmərəm. Təsəvvür edin bir insanın 10 il uşağı olmur və birdən uşağı olur. O necə sevinirsə mən də hər dəfə şəkil çəkəndə helə sevinirəm.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"

-Elə olubmu ki, bir şəkil çəkmək istəmisiniz amma çəkə bilməmisiniz? Yəni imkanınız olmayıb.

-Əlbətdə. Həddindən artıq çox olub.

-Bəs buna ən çox üzüldüyünüz hansı olub?

-Elə bu yaxınlarda olub. Bir şəkil çəkmək istədim. Uşağın üzündə elə bir ifadə var idi ki, mənə elə gəlir bu şəkil mənə çox şərh gətirərdi. Heyif, çox heyifki o anda fotoaparatım üstümdə yox idi və həmin dqəqiqə mən sadəcə yol keçirdim. Çox pis olmuşdum o şəkili çəkə bilmədiyimə görə. Bəli belə kadrlar çox olub. Hətta İraqda bir dəfə belə bir şey başıma gəlib. Bir dəfə atışma oldu, məscidin yanında bir qadın uşağını elə tutmuşdu... Çox dəhşət verici bir mənzərə idi. Əskərlər necə uzaqdan qaça-qaça gəlirdilər. 3 fotoqraf idik amma o kadrı heç birimiz çəkə bilmədik. Çünki heç birimizin üstündə fotoaparat yox idi. Biz sadəcə bazarlıq etməyə çıxmışdıq.

-Fotoaparatı daim üstünüzdə gəzdirmirsiniz?

-Yox. Təəssüfki, hər zaman bu alınmır. Bu mənim işimlə əlaqədardır. Çünki bəzən elə yerə gedirəmki fotoaparatı üstümdə gəzdirmək çox artıq olur. amma onun lazımı yerdə olmamaöı mənə çox təsir edir.

-Bunları nəzərə alaraq fotoqraflara məsləhət görərdinizmi fotoaparatı daim üstlərində gəzdirsinlər?

-Əlbətdə. 100%. Məncə nə qədər mümkündürsə onu üstlərində saxlasınlar.

-İstəyərdim ki, bu işi bacarmayan və yalandan fotoqraf qoyan insanlara, birdə bu işi həqiqətən bacaran insanlara öz tövsiyyənizi verəsiniz.

-Onlara məsləhətim odur ki, başlarını aşağı salaraq öz işləri ilə, sənətləri ilə məşğul olsunlar. Onlara sadəcə bunu deyə bilərəm. O ki qaldı digər o dediyiniz insanlara, heç bir şey heç kimi ruhdan salmamalıdır. İnanın mənə ola bilər bugün bir kadrı çəkə bilməsinlər amma sabah mütləq o daha yaxşısını çəkəcəklər. Səbrlə, iradə ilə gözləyib o şəkilləri çəkməyi bacarmalıdırlar. Bu sənətin adını pis etməsinlər. Qoyun bu gözəl, əlçatmaz bir sənət kimi qalsın. Məsləhətim budur. Çox şey deyəndə düşmən olursan. Maraqlı vəziyyət alınıbki yaxşılığına danışanda düşmən danışmayanda dost olursan. Ona görə də məsləhətim budur.

 

"Fotoqrafiya mənim üçün dondurulub və davam etməkdə olan həyatdır"


 

Şərhlər : 7 Şərh yaz
Leman 13 dekabr 2012 00:01  
musahibe ela alinib,,Raj Stevenin el iwlerinede senetinede soz ola bilmez,,ela :)
Ilkin Nesirov 13 dekabr 2012 00:03  
Men virtual ve realliqda cox fotoqraf taniyiram.Heqiqeten de Rac Stevenin semimiliyi ve insanliqindan (ona soz yoxdur) elave bir senetkar fotoqraf gormedim.Men Raci virtual taniyiram ve onunla dostluq etmek isteyirem,cunki onu dostluqda sadiq bir insan kimi fikirlewirem.Onun semimiyyeti meni valeh edir.Qaldi oz senetine bir daha deyirem menim de fotoqrafiyadan az-cox anlayiwim var,amma realliqda Azerbaycanda neinki oz janrina gore umumi janrlarda da Rac Stevenden bawqasini tanimiram.
abyoxdu 13 dekabr 2012 00:14  
İşlərinizdə Uğurlar
dream124 13 dekabr 2012 01:46  
Raj Steven bravo... yashasin bele fotoqraflar!
firdovsi safarov 13 dekabr 2012 11:36  
Racin ishlerini teriflemeyin mence yeri yoxdu - cunki terifi terife ehtiyac olan sheyler barede deyirler, amma Racin seneti ve onun ishleri teriflerden de ustun olan bir sheydi ki onlari sadece heyecan ve zovq, sevinc belke de bezen duyqusalliqla izlemek yeter - cunki hissler sozlerden de keskindir ve sozler hisslerin insan simasinda yaratdighi tesirleri ve tezahurleri vermekde acizdirler ve belelikle de terife ehtiyac yoxdur MENCE, sadece sukut ichinde Racin shekillerinin daxili menalarina varib dunyaya bu muellifin baxdighi terzde baxmagha calishmaq lazimdir - beli BAXMAGHA CALISHMAQ deyirem BACARMAQ yox, chunki bacarmaq uchun gerek Racin ozu olasan - biz ise Raj deyilik...

Men cox sevinirem ki Rac adli bir senetkari taniyiram ve buna daha da cox sevinirem ki bele bir senetkar dostum var. Men onunla fexr edirem ve indiye kimi elde etmish oldughu ughurlarini gelecekde INSHALLAH elde edecekleri ughurlarin yaninda cox cuzi olmasini arzu edirem...
Sadi 27 fevral 2013 11:37  
Men LIKE edirem, super .
Muslum Mikayilov 12 noyabr 2013 03:37  
Sagol Mellim I)
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti