Mixail Saakaşvili Niderland Spikerlər Akademiyasında çalışacaq

7-04-2018, 19:08
Oxunub: 184
M. Saakaşvili özünün "Facebook" səhifəsində yazıb


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bundan sonra Niderland Spikerlər Akademiyasında çalışacaq.

APA-nın məlumatına görə, bu barədə M. Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə etdiyini bildirən sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

"Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm", - deyə o vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti