Bakının iki rayonunda yol hərəkəti məhdudlaşdırılır

6-04-2018, 16:33
Oxunub: 347
Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir


Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən APA-Economics-ə verilən xəbərə görə, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu, Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti