İstanbulda xəstəxanlardan birində güclü yanğın başlayıb

5-04-2018, 19:43
Oxunub: 184
Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub


Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb. 

Report "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb. 

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananaın Reanimasiya şöbəsindən başqa bütün tibbi personal və xəstələrin təxliyyə edildiyi bildirilir. 

Yanğın səbəbi hələlik məlum deyil.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti