İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi təxirə salınıb

3-04-2018, 10:59
Oxunub: 207
Hesabat Milli Məclisin aprelin sonunda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq


Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəsi təxirə düşüb.

Report xəbər verir ki, hesabat Milli Məclisin aprelin sonunda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, hesabatın Milli Məclisin bu gün - aprelin 3-də keçiriləcək plenar iclasında təqdim edilməsi nəzərdə tutulurdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti