Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

2-04-2018, 14:40
Oxunub: 124
Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında da təkbətək görüş keçiriləcək


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

Report “Ahaber”ə istinadən xəbər verir ki, o, aprelin 3-də Ankarada olacaq.

Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında da təkbətək görüş keçiriləcək. Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. 

İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq. Həmin gün R.T.Ərdoğan və V.Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar. 

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Həmin gün R.T.Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə görüşü də olacaq. Prezidentlərin ikitərəfli əlaqlələri müzakirə edəcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti