Amerka qazını Avropayla bölüşmək istəyir

12-12-2012, 12:33
Oxunub: 758


ABŞ Konqresi ölkənin artmaqda olan qaz ehtiyatlarından Avropa tərəfdaşlarının yararlanmasına dəstək verməlidir. Bu barədə Respublikaçılar Partiyasından olan senator Riçard Luqar bildirib.

 

 Bu barədə yeni qanun qəbul olunmasını təklif edən senator qeyd edib ki, bu fəaliyyət kritik regionda enerji təhlükəsizliyini artıracaq. Onun sözlərinə görə, qanun layihəsi ABŞ-ın NATO tərəfdaşlarına kömək etmək maraqlarını irəli sürərək onların Rusiyadan, Türkiyənin isə İrandan enerji asılılığını ləğv edəcək.

 

R.Luqarın sözlərinə görə, ABŞ-ın artan qaz ehtiyatları Avropada qaz təminatını artıracaq, lakin Azərbaycandan Türkiyə və Avropaya qaz ixrac edəcək "Şimal dəhlizi” qaz kəmərinə ehtiyacı azaltmayacaq. Çünki Mərkəzi Asiyadan qaz tədarükü daha ucuz başa gəlir.

Senator həmçinin qeyd edib ki, Rusiya öz növbəsində "Cənub axını” qaz kəməri layihəsini irəli sürüb və ötən həftə kəmərin təməlqoyma mərasimi baş tutub: "Bu layihə Rusiyanın Avropadakı maraqlarını müdafiə edə bilər, lakin ABŞ "Şimal dəhlizi”nin inkişafında əsas diplomatik açar olaraq qalır”.

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti