Zakir Həsənov Türkiyənin “Baykar Makina” şirkətində olub

31-03-2018, 11:29
Oxunub: 244
Şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirilib


Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Report-a verilən məlumata görə, Z.Həsənov müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti