Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

30-03-2018, 16:25
Oxunub: 293
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib


Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər. 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, komandirlərin şəxsi heyətə münasibəti, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib. 

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, Azərbaycan Konstitusiyasının 56-cı maddəsində qeyd olunmuş seçki hüququ və Seçki Məcəlləsində hərbi qulluqçularla bağlı əks olunmuş maddələr əsasında söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti