Sabah Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

30-03-2018, 10:51
Oxunub: 322
Görüş Türkiyənin Giresun şəhərində keçiriləcək


Sabah-martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq. 

Report xəbər verir ki, görüş Türkiyənin Giresun şəhərində keçiriləcək.

Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirakı planlaşdırılır.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti