Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib

30-03-2018, 10:50
Oxunub: 303
Qurum sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Report xəbər verir ki, qurum sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib.

Həmçinin, sərnişinlərdən Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti