Rus hərbçi snayperlərimiz tərəfindən zərərsizləşdirilib

14-05-2013, 12:30
Oxunub: 5233


Qarabağdakı fəaliyyətlərinə görə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən təltif olunmuş Bolotnikov aprelin 25-də Ağdam rayonunun Mərzili kəndi istiqamətində vurulub

Cəbhə xəttində erməni diversiya qruplarını və snayperlərini hazırlayan rus hərbçi Azərbaycan snayperləri tərəfindən zərərsizləşdirilib.
 
Etatist.com-un xəbərinə görə, APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata əsasən, hadisə aprelin 25-də Ağdam rayonunun Mərzili kəndi istiqamətində baş verib. Azərbaycan snayperlərinin sərrast atəşi ilə Dağlıq Qarabağda erməni snayperlərini və diversiya qruplarını hazırlayan Bolotnikov soyadlı rus hərbçi ağır yaralanıb.
 
Sonradan aparılan dəqiqləşdirmələr zamanı rus zabitin uzun müddətdir, Qarabağdakı erməni snayperlərinə təlimlər keçdiyi, həmçinin onun tərəfindən indiyədək bir neçə Azərbaycan hərbçisinin vurulduğu məlum olub. O, Qarabağdakı fəaliyyətlərinə görə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən ötən il təltif olunub.
 
Bu, son 10 ildə işğal altındakı Azərbaycan ərazilərində, cəbhə xəttində zərərsizləşdirilmiş, Ermənistan Ordusu sıralarında döyüşən ilk rus hərbçisidir. Bundan əvvəl, 1992-1994-cü illərdə - I Qarabağ müharibəsi zamanı Ermənistan Ordusunun və Dağlıq Qarabağdakı silahlı qrupların hazırlanmasında iştirak edən xeyli sayda rus hərbçisi məhv edilib.  

Ümumilikdə aprel ayı ərzində cəbhə xəttində 8 erməni hərbçisi zərərsizləşdirilib. Onlardan 4 nəfərinin öldüyünə dair məlumatlar mövcuddur. Eyni zamanda, Tovuz rayonunun Ağdam kəndi istiqamətində ermənilərin bir ədəd «Niva» və bir ədəd ZİL markalı nəqliyyat vasitəsi də vurularaq sıradan çıxarılıb. 
Şərhlər : 1 Şərh yaz
Natiq 23 oktyabr 2013 11:38  
Mən bilmirəm kim kimi vurub amma onu demək istəyirəm ki bu erməni dığalarla danışıqlar aparmaq olmaz.Vaxt məncə çoxdan çatıb erməniləri torpaqlarımızdan çıxartmaq lazımdır.20 il danışıqlar aparmaq gülüncdür.Cənab Prezident Ali Baş Komandan biz sizə inanırıq daha nə qədər bu biyabırçılıqla yaşayacağıq biz sizin əmrinizi gözləyirik.Televiziyada müğənnilərə baxmaqdan bezmişik torpaqlar barədə vətənpərvərlik barədə heç bir iş aparılmır mən qorxuram sabah müharibəyə heç kim getməsin.Hücuma keçmək lazımdır özüdəki Zəngəzur tərəfdən.Zəngəzur yaddan çıbdır.Zəngəzur haqda ümumiyyətlə heç bir yazar yazmır yaşasın Azərbaycan
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti