TQDK qadağan etdi

14-05-2013, 11:34
Oxunub: 2127


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən şəhər və rayonlarda, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir.

 

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bəzi abituriyentlər bu imtahanlara köməkçi vasitələr ( konspekt, kalkulyator, mobil telefon və s.) keçirməyə çalışır və onlardan istifadə etməklə imtahan nəticələrini süni şəkildə artırmağa cəhd göstərirlər.

 

Mayın 12-də keçirilmiş növbəti sınaq imtahanında abituriyentlərdən birində müxtəlif imtahan fənləri üzrə konspekt yerləşdirilmiş xüsusi elektron qurğu aşkar edilib.  

TQDK abituriyentlərə müraciət edərək bildirir ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün heç bir  rol oynamır. Bu sınaqlar abituriyentlərə özlərini real imtahan şəraitində saymaq, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək məqsədilə keçirilir. 

Odur ki, abituriyentlərə  imtahan nəticələrini süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik.  


Bundan başqa, qəbul imtahanlarında belə halların aşkarlanması həmin abituriyentin imtahan nəticəsinin ləğvi və onun barəsində daha ciddi inzibati tədbirlərin görülməsi ilə nəticələnəcək.  


TQDK abituriyentlərin nəzərinə  bir daha çatdırır ki, imtahan binasına köməkçi vasitələri gətirmək və onlardan istifadə etmək qəti qadağandır.  

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti