29 yaşlı qız qəza qurbanı oldu

14-05-2013, 11:27
Oxunub: 789


Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Rayon Polis İdarəsindən verilən məlumata görə, Zığ şosesində Bəhruz Hacıyev idarə etdiyi "VAZ 2107” markalı avtomobillə 1984-cü il təvəllüdlü Vüsalə Bağırovanı vurub. Ağır bədən xəsarətləri almış gənc qız Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Bağırovanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti