Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb

27-03-2018, 18:17
Oxunub: 264
Uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq


Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb. 

Dövlət İmtahan Mərkəzindən Report-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 1-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_... linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmasa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti