Afrində Türkiyənin 2 əsgəri şəhid olub

27-03-2018, 10:29
Oxunub: 241
Hadisə aparılan axtarış tədbirləri zamanı əldəqayırma bombanın partlaması nəticəsində baş verib


Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. 

Report “Haberler”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, hadisə terrorçulardan təmizlənən Afrində aparılan axtarış tədbirləri zamanı əldəqayırma bombanın partlaması nəticəsində baş verib.

Türkiyə Silahlı Qüvvələrinin martın 22-də İraqın şimalında yerləşən Kandil dağlarına havadan endirdiyi zərbələr nəticəsində 41 terrorçu məhv edilb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti