"JPMorgan": "Brent" markalı neftin qiyməti 50 dollar/barelə düşəcək

26-03-2018, 17:20
Oxunub: 109
"OPEC və beynəlxalq neft şirkətləri arasında rentabellilik uğrunda rəqabət neftin ucuzlaşmasına səbəb olacaq"


Dünya bazarında "Brent" markalı neftin qiyməti ortamüddətli perspektivdə 50 dollar/barelə düşəcək. 

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankı çıxış edib. 

Qurumun proqnoz-hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və beynəlxalq neft şirkətləri arasında rentabellilik uğrunda rəqabət neftin ucuzlaşmasına səbəb olacaq. Neftin daha rəqabətqabiliyyətli maya dəyərinə sahib olduğu regionlar uzunmüddətli perspektivdə qiymətin müəyyənləşməsi üçün əsas rol oynayacaqlar. 

Bank həmçinin bəyan edib ki, OPEC üzvlərində neftin büdcə qiymətinin neytral həddi 2018-ci ildə üçün 65 dollar/barel, 2020-ci ildə isə 50 dollar/barel təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti