Bakıda yeni bir dəhşətli avtobus qəzası - Ölənlər var

14-05-2013, 09:51
Oxunub: 2617


Etatist.com-un ANSPress-ə istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Toyota” markalı minik avtomobili və "Daewoo” markalı sərnişin avtobusu toqquşub.


Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb. "Toyota” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45 radələrində başa çatıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti