FHN: Astara, Lənkəran və Lerik rayonlarında meşə yanğınlarının söndürülməsi işləri başa çatıb

25-03-2018, 19:22
Oxunub: 444
Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub


“Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb
Astara, Lənkəran və Lerik rayonları ərazisində yüksək dağ massivində aparılan yanğınsöndürmə işləri başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınlar nəticəsində “Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.

Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti