Rio-de-Janeyroda baş vermiş atışmada 7 nəfər öldürülüb

25-03-2018, 10:10
Oxunub: 210
Braziliya hökuməti Rio-de-Janeyroda təhlükəsizliyini ölkənin silahlı qüvvələrinə tapşırıb


Rio-de-Janeyroda Braziliya polisi ilə quldurlar arasında baş vermiş atışmada azı 7 nəfər öldürülüb.

Report xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rio-de-Janeyro ştatı polisinin məlumatına görə, asayiş keşikçiləri patrul xidmətini həyata keçirərkən atəşə tutulublar. Atışma nəticəsində 7 cinayətkar yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin yaralıların hamısı aldıqları xəsarətlərdən ölüb.

Ötən ayın ortalarında Braziliya hökuməti Rio-de-Janeyroda təhlükəsizliyini ölkənin silahlı qüvvələrinə tapşırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti