Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

24-03-2018, 13:08
Oxunub: 302
Şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb


Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

Report xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.

Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı təşkil edib.

Məlumata görə, müəssisənin xarici ticarət dövriyyəsinin yarısını Hindistana 65 milyon dollar dəyərində müdafiə məhsullarının ixracı tutub. Bundan əlavə müəssisə İndoneziya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələrlə əməkdaşlığı fəallaşdırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti