Müəllimin cəzalandırdığı 11-ci sinif şagirdi öldü

13-05-2013, 17:21
Oxunub: 2645


Bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb.

 

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib.Hazırda uşağın ölümünün səbəbləri araşdırılır.


Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar 17 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonu məktəbin mühafizəçisi götürdü və günorta saatları olmasına baxmayaraq, məktəbdə heç kimin olmadığını bildirdi. Ölən şagirdin Gülşən Hüseynovanın rəhbərlik etdiyi "11 B” sinifində təhsil aldığını bildirdilər.

 

***

 

17 saylı orta məktəbdə şagird ölümü ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. İlkin müayinə zamanı Azad İlyasovun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Hadisə ilə əlaqədar məhkəmə-tibbi ekspertiza təyin olunub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti