Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərdi

23-03-2018, 11:48
Oxunub: 264
Bu barədə məlumatı prezident öz Twitter səhifəsində yazıb


ABŞ prezidenti Donald Tramp cümə axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasterin istefasını elan edib. Onu bu vəzifədə ABŞ - ın BMT- də daimi sədri olan Con Bolton əvəz edəcək.

Report “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı prezident öz Twitter səhifəsində yazıb.

“ 9 aprel 2018-ci ildən etibarən səfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam”, - deyə, Tramp bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti