Dünyanın ən yaxşı aeroportlarının siyahısı açıqlanıb

22-03-2018, 18:21
Oxunub: 412
Sinqapurun Çangi hava limanı dünyanın ən yaxşı aeroportu seçilib


“Skytrax” şirkəti dünyanın 500-dən çox hava limanından səfər edən 13,7 mln. sərnişin arasında araşdırma aparıb və dünyanın ən yaxşı aeroportlarının siyahısını tərtib edib. 

Report xəbər verir ki, sərnişinlərin seçiminə əsasən Sinqapurun Çangi hava limanı dünyanın ən yaxşı aeroportudur.

Seuldakı İnçeon ikinci, Tokiodakı Haneda hava limanı üçüncü yerdə qərarlaşıb. İlk onluğa Honq- Konq, Hamad, Münhen, Tyubu yaxud Sentorea, Hitrou, Sürix, Frankfurt aeroportları daxil olub. 

Qeyd edək ki, Çangi artıq ardıcıl 6-cı dəfədir ki, dünyanın ən yaxşı hava limanlarının reytinq siyahısında birinci yerir tutur. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti