ABŞ və Avropa İttifaqı Gürcüstana maliyyə yardımı edəcək

22-03-2018, 17:12
Oxunub: 83
Bu barədə ABŞ-ın 2018-ci il dövlət büdcəsi layihəsində bildirilir


ABŞ Konqresi Gürcüstana 105 milyon dollar yardım edəcək.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın 2018-ci il dövlət büdcəsi layihəsində bildirilir.

Sözügedən sənədlə bağlı yekun səsvermə sabah keçiriləcək. Bundan sonra büdcə layihəsi ABŞ prezidenti tərəfindən təsdiq olunmalıdır.

Avropa İttifaqı da Gürcüstana maliyyə yardımı edəcək. Büdcəyə dəstək layihəsi çərçivəsində ayrılacaq 48 milyon avro maliyyə infrastrukturunun yenilənməsi, innovativ biznes modellərinin yaradılmasının stimullaşdırılması, biznes mübahisələri üzrə ədalətli qərarların qısa müddətdə qəbulunun təmin edilməsi və biznes-inkubatorlarının inkişafına dəstəyə yönələcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti