Con Steynbekdən oğlu Toma: “Eşq üçün hər zaman minnətdarlıq hissi duy”

22-03-2018, 15:00
Oxunub: 1937
“Gözəl olan heç bir şey əldən getməz”


Yazarların məktublarını oxumaq şübhəsiz ki, bizim baxış bucağımızı daha da genişləndirir. Con Steynbekin internat məktəbində təhsil alarkən bir qıza aşiq olan oğlu Toma yazdığı cavab da yazıçının eşqə, sevgiyə olan baxışını əks etdirən belə məktublardan biridir.

“Gözəl olan heç bir şey əldən getməz”

"Sevgili Tom,

Məktubunu bu gün səhər aldıq. Əvvəla, mən, sonra isə anan öz fikirlərimizi yazmış olacağıq.

Birincisi, əgər aşiq olmusansa, bu, gözəl bir şeydir. Hətta bir insanın başına gələ biləcək ən gözəl şey. Heç kimin bunu qiymətləndirməməsinə və ciddiyə almamasına icazə vermə.

Sevginin də növləri  var. Kimsə xudbin, gözüdoymayan, eqoist bir aşiq olar. Ondan ancaq öz şəxsi eqosunu yüksəltmək üçün istifadə edər. Bu növ olan sevgi çirkin və yarımçıqdır. Bir başqasında isə sevgi daxilindəki bütün gözəl duyğuları ətrafına səpələmiş olar. Şəfqət, nəzakət, hörmət...Belə bir insanın yalnız sənə aid və dəyərli olduğunu qəbul edərsən. İlk sevgi növü səni xəstə edər. Özünü alçalmış və dəyərsiz hiss etməyinə səbəb olar. Ancaq ikinci növ sevgi isə daxilindəki gücü ortaya çıxarar və səni cəsur edər. Sənə indiyədək heç bir zaman ağlından keçməyən və sahib olmadığın bir hikmət bəxş edər.

Bunun uşaqlıq sevgisi olmadığını söyləyirsən. Əgər bu qədər dərin hislər yaşayırsansa, əlbəttə ki, sənə haqq veririk.

Ancaq təbii ki, mənə nələr hiss etdiyini danışacağını güman etmirəm. Sən daha yaxşı bilərsən. Mən sənə ancaq bu mövzuda kömək edə bilərəm: Nə etməlisən - deyə.

Eşq üçün hər zaman minnətdarlıq və məmnunluq hissi duymalısan. Əgər birini sevirsənsə, (xeyr, söyləməyində heç bir qadağa yoxdur) bunu bilməlisən ki, bəzi insanlar çox utancaq ola bilir. Qızlar oğlanların (kişilərin) nə hiss etdiklərini çox rahatlıqla anlaya bilsələr də, bunu ancaq hiss etmək, yaşamaq istəyərlər.

Bəzən də hisslərinə qarşılıq almaya bilərsən. Ancaq  bu, o demək deyil ki, bəslədiyin hisslər dəyərli və gözəl deyil.

Son olaraq isə nələr hiss etdiyini bilirəm. Çünki zamanında eynisini mən də yaşamışam və sənin də bu hissi dadmağına çox sevindim.

Susan ilə tanışmaqdan çox məmnun olarıq. Arzuladığınız zaman bizi ziyarətə gələ bilərsiniz.

İtirməkdən qorxma. Əgər yanlış deyilsə, həqiqətə çevriləcək. Vacib olan şey tələsməməkdir. Gözəl olan heç bir şey əldən getməz..

Sevgilərimlə,

Atan. "
Tərcümə: Xəyalə Vahabzadə
Mənbə: insanokur.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti