ABŞ Ukrayna və Gürcüstana yarım milyard dollardan çox maliyyə vəsaiti ayıracaq

22-03-2018, 13:03
Oxunub: 47
"105 milyon 325 min dollardan az olmayaraq yardım qismində Gürcüstana verilməlidir"


ABŞ Konqresi Ukrayna və Gürcüstana yardım məqsədi ilə yarım milyard dollardan çox maliyyə vəsaiti ayıracaq. 

Report xəbər verir ki, bu vəsaitin 420 milyon dollardan çoxu Ukraynaya, 105 milyon dollardan artıq vəsait isə Gürcüstana veriləcək. Bu barədə qərar ABŞ-ın 2018-ci il üçün büdcə layihəsində yer alıb. 

Büdcə layihəsində deyilir: "105 milyon 325 min dollardan az olmayaraq yardım qismində Gürcüstana verilməlidir... 420 milyon 700 mindən az olmayaraq maliyyə vəsaiti isə Ukraynaya verilməlidir".

Qeyd edək ki, bu vəsaitə Ukraynaya nəzərdə tutulan 200 milyon dollarlıq hərbi yardım aid deyil. Konqressin hər iki palatası cümə gününə qədər büdcəni qəbul etməlidir.

Büdcəni ABŞ prezidenti Donald Tramp imzalamalıdır.   
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti