Perunun 1-ci vitse-prezidenti sabah ölkə başçısı kimi and içəcək
22-03-2018, 12:58
Oxunub: 49
Andiçmə mərasimi təxminən saat 11 radələrində baş tutacaq
Martın 23-də Perunun birinci vitse-prezidenti Martin Alberto Viskarra Kornexo ölkə rəhbəri qismində and içəcək. Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi xəbər yayıb. Andiçmə mərasimi təxminən saat 11 radələrində baş tutacaq.
Martın 21-də Peru prezidenti Pedro Pablo Kuçinski vəzifəsindən istefa verəcəyini bəyan edib. Buna səbəb isə Braziliya tikinti şirkəti “Odebrecht”in Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsidir.