Müəmmar Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib

22-03-2018, 12:49
Oxunub: 143
Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib


Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib. Bu haqda Report "Middle East Monitor" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Seyf əl-İslam Qəddafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəddafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.

Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib. 

N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Martın 21-də istintaq orqanları  Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti