Afrində mina və əldəqayırma partlayıcı qurğuların axtarışı davam etdirilir

22-03-2018, 11:46
Oxunub: 49
Ölkənin Baş Qərargahı qeyd edir ki, şəhərin cənub hissəsində son 3 gündə 46 mina və ƏPQ çəhv edilib


Türkiyə Silahlı Qüvvələri və "Azad suriya Ordusu" Afrinin mərkəzini tam nəzarət ələ keçirəndən sonra minalar və əldəqayırma partlayıcı qurğuların axtarışını davam etdirirlər. Bu barədə Trend türk KİV-lərinə istinadən xəbər verir.

Ölkənin Baş Qərargahı qeyd edir ki, şəhərin cənub hissəsində son 3 gündə 46 mina və ƏPQ çəhv edilib.

Həmçinin qeyd olunur ki, axtarışlara itlər də cəlb olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti