Yuxuların mistikası

21-03-2018, 15:30
Oxunub: 829
"Yuxugörmə mərhələsinə daxil olan tək orqanımız beyin deyil, duyğularımız, hətta əzələlərimiz də müəyyən rol oynayır"


Bəzi insanlar gördükləri yuxular barədə çox fikirləşmirlər, bəziləri isə onlar barədə düşünüb beyinlərini yorurlar. İnsanların bəziləri oyaq olarkən danışmadıqlarımızın gördüyümüz yuxular vasitəsi ilə çatdırılmağa çalışdığına inanır. Yuxular barəsində bir çox müxtəlif elmi araşdırma və nəzəriyyələr var və yuxuda olarkən beynimizdə nələr baş verdiyi haqqında bir çox fikirlər irəli sürülüb.

Bəs nəyə görə yuxu görürük? Yuxuların mənaları nədir? Yuxuda olduğumuz zaman bu görüntülər haradan gəlir? Bu suallara cavab vermək asan olmadığı kimi bir çox suallar da cavabsız qalır. Bu məqalədə cavabları verilmiş olan o suallardan bəhs edəcəyik.

Yuxular: Sadəcə REM-dən daha çoxu

Yuxunun mərhələlərində və ya gecə gözlərimizi yumanda reallaşan REM yuxusunun mərhələrindən bəhs etməyəcəyik. Lakin yuxuya gedəndə zehinimizdə yaranan və bəzi vaxtlar heç bir məna ifadə etməyən bu görüntülərin zehnimizdə reallaşan proseslərlə olan əlaqəsi barədə danışacağıq.

Müxtəlif araşdırmalar, bütün gün etdiyimiz hər şeyin beynin müəyyən bir yerində gizləndiyini və yuxuya getdiyimizdə yenidən “ortaya çıxdıqlarını”, lakin bunun qarışıq, simvolik və tutumsuz bir tərzdə reallaşdığını iddia edir. Bu beynin müxtəlif bölgəsində yığılan məlumatlar gün ərzində qəzetlərdə oxuduğumuz xəbər, izlədiyimiz film və ya evdən işə gedərkən diqqətimizi çəkməyi bacaran bina da ola bilər.

Görüntülər, səslər, xatirələr birləşərək həmin gün yaşadığımız hər şeyin təkrarı kimi yuxu olaraq qarşınıza çıxır. Lakin təbii ki, yuxularımız sadəcə bu ünsürlərdən yaranmır. Bir çox hallarda bu ünsürlər keçmişdən gələn xatirələrlə, çox uzun müddət əvvəl baş vermiş hadisələrlə və qurulan tanışlıqlarla da birləşərək yuxu olaraq qarşımıza çıxırlar.

Yuxu görmək təcrübəsi

Xatırlamasaq da, hamımız yuxu görürük. Bu yuxunu danışmağa ya da dəftərə yazmağa çalışdığımız zaman hər hansı bir məna ifadə edən günlük həyata uyğunlaşdıra biləcəyimiz bu tapmacanı birləşdirə biləcəyimiz yuxu parçalarının bir çoxundan məhrum oluruq. Hər nə qədər bəzi hissələri çox canlı bir tərzdə xatırlasaq da, yadımıza sala bilmədiyimiz bir çox şey var.

Alan Hobbsonun fikrinə görə, yuxu gördüyümüz zaman beynimizdə baş verən duyğu və vəziyyətlərin yaratdığı hiss real həyatda baş verməsi mümkün olmasa da, həqiqətən onu yaşadığımız zamankı hisslə eyni olur. (Ailənizdən kiminsə öldüyünü görmək, quş kimi uçmaq, yaxud özünü yenidən uşaq kimi görmək)

Belə ki, yuxugörmə mərhələsinə daxil olan tək orqanımız beyin deyil, duyğularımız, hətta əzələlərimiz də müəyyən rol oynayır. Qorxu, xoşbəxtlik və müəyyənsizlik hissi də yuxularda yer tuturlar. Yuxudan oyandığınız zaman ürəyinizin dəli kimi çırpındığını, nəfəsinizin kəsildiyini, özünüzü tər içində qalmış görə bilərsiniz. Lakin bir çox hallarda yuxular müəyyən bir uyğunlaşma ilə səbəbsizcə baş verirlər, amma gözlərinizi açdığınız zaman sizi oyadan səsi eşidəndə yox olurlar.

Bəs niyə? Bunun müxtəlif səbəbləri var. Əvvəlcə, bu yuxunu gördüyünüz zaman içində olduğunuz yuxu mərhələsindən aslıdır. Əgər həmin anda REM yuxusundasınızsa, yuxudakı görüntülər və təcrübələr daha aydın, ətraflı və başadüşülən olacaq. Əgər yenə REM yuxusundasınızsa, yuxuları ayırd edə bilməyəcəksiniz, və digər yuxularla müqayisədə daha az obraz, günlük həyatda qarşılaşa biləcəyiniz səhnələr görəcəksiniz. (Ofis, park, yemək bişirmək və s.)

Yuxunun funksiyası nədir?

Yuxunun əsas məqsədi orqanizmi ən uyğun fiziloji vəziyyətə geri gətirməkdir. Lakin psixoloji cəhətdən baxıldığı zaman diqqət edilməli olan faktorlar daşıyır.

Araşdırmalar göstərir ki, xəyallar xatirələri canlandırır və xatirələrin bir araya toplanmağına kömək edir. Bəzi nəzəriyyələrə görə isə yuxular beyinə dərin bir yuxudan oyanmaq və duyğularla əlaqəli beyin dövriyyələrini hərəkətə gətirmək üçün ehtiyacı olan siqnalı ötürür.

Yuxular ilə bağlı nəzəriyyələr

Ziqmund Freyd yuxuların basdırılmış arzuları gizlədiyinə inanırdı. Hər zaman “Körpünün altından axan çox su var” deyərdi. XX əsrdə isə bu nəzəriyyəni təsdiqləyən və çürüdən yeni nəzəriyyələr meydana çıxdı.

Bunlardan biri də röyaların yuxuda olduğumuz müddətdə problemlərimizlə üzləşib onları həll etdiyimizi müdafiə edən Harvardlı psixoloq Deirdre Barretə aiddir. Barretin nəzəriyyəsi başqa sözlə, insanların problemlərini yuxularında da həll edə biləcək qədər inkişaf etdiklərini müdafiə edir. Bu vəziyyət tez-tez yaşansa idi, nə yaxşı olardı! Bu insanların yuxu gördüklərində problemi həll edə biləcək səviyyəyə çatdıqlarını göstərir.

Hər nə qədər yuxular görünüşcə canlı olsalar da, çox vaxt məntiqli deyillər. Buna görə də problemləri həll etməyimizdə bizə kömək edə bilməkləri üçün onları daha dəqiq analiz etməliyik. Bu məsələdə bir problem yoxdur, ancaq yadınızda saxlamalı olduğunuz şey yuxuların sadəcə bir qismini xatırladığınız həqiqətidir. Bu nəzəriyyəyə görə yuxu görmək başqa bir düşüncə şəklidir və problemlərimiz üçün “B planı” hazırlamağımızda bizə kömək edə bilər.

Digər tərəfdən, psixoloq Jie Zhanq yuxular və işləmə sistemləri haqqında başqa bir şey tövsiyə etdi. Ona görə beyin yuxuda olub-olmadığımızdan aslı olmayaraq dayanmadan xatirələrimizi saxlamaqdadır.

Bu, yuxuların oyaq olduğumuz zaman ağlımıza gələn düşüncələr və ya xatirələrlə eyni olduğu mənasındadır. Xatırlamağa çalışın, gün boyu xəyal qurarkən özünüzü məyus olmuş bir halda tapdınızmı? Yuxuda olduğumuz zaman da oxşar hadisə reallaşır, ancaq bu vəziyyətdə idarə edə bilmədiyiniz üçün şüuraltınız da aktiv olaraq işləyir.
Tərcümə: Günay Əliyeva
Mənbə: aklınızıkesfedin.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti