Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlığı dayandırıb

21-03-2018, 15:14
Oxunub: 59
Ukrayna Nazirlər Kabineti bu gün bu barədə qərar qəbul edib


Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığa dair proqramın icrasını dayandırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Nazirlər Kabineti bu gün bu barədə qərar qəbul edib.

Ukrayna baş naziri Vladimir Qroysman deyib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq proqramının dayandırılması barədə qərar müzakirə edilmədən qəbul edilib.

Qeyd edək ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədərki dövrü əhatə edib. Proqramda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən ticarət, nəqliyyat, sosial-humanitar, sərhəd və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulub.

V. Qroysman bundan öncə proqramın icrasının dayandırılmasının zəruri olması barədə bəyanatında bildirib ki,  bu, Ukrayna iqtisadiyyatı inkişaf istiqaməti ilə bağlıdır, Avropa İttifaqı və digər ölkələrə ixracın artırılması vacibdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti