ABŞ-ın Texas ştatında 6-cı partlayış baş verib

21-03-2018, 12:38
Oxunub: 64
Partlayış zamanı 1 nəfər xəsarət alıb


ABŞ-ın Texas ştatında növbəti partlayış baş verib.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmət məlumat yayıb.

Məlumata görə, hadisə Ostin şəhərində qeydə alınıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. 30 yaşlı yaralının xəsarətinin ağır olduğu deyilsə də, həyatı üçün təhlükənin olmadığı bildirilir. 

Bu, Texasda ayın əvvəllərindən bu günə kimi baş verən 6-cı partlayış hadisəsidir.

Polis hadisənin digər partlayışlarla əlaqəli olub-olmadığını hələ müəyyənləşdirməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti