Astanadan Bakıya aviareyslərin sayı həftədə 4 dəfəyədək artırılacaq

21-03-2018, 12:28
Oxunub: 101
Bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb


Qazaxıstanın "Air Astana" aviaşirkəti cari ilin mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir.

Report xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.

"Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti