Rusiya xarici ölkə səfirlərini "Skripal işi" üzrə müzakirəyə dəvət edib

21-03-2018, 10:15
Oxunub: 108
"Rusiya tərəfində yaranan sualların səsləndirilməsi planlaşdırılır"


Rusiyanın Xarici İşlər Nazirliyi martın 21-də xarici dövlətlərin Moskvada akkreditə olunan bütün səfirlərini Silahlar üzərində nəzarət və onların yayılmaması məsələləri üzrə Departamentin rəhbərliyi və ekspertləri ilə Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın işinin müzakirəsi üçün görüşə dəvət edib.

Report TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Görüşün əsas mövzusu Böyük Britaniyanın onun ərazisində zəhərləyici maddələrin tətbiqi barədə bəyanatları ətrafında yaranmış vəziyyətdir. Xarici dövlətlərin rəsmi nümayəndələrinə Rusiyanın məsələyə baxışının çatdırılması, mümkün sualların cavablandırılması, həmçinin Rusiya tərəfində yaranan sualların səsləndirilməsi planlaşdırılır", - deyə o əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti