Rusiyada "An-148" təyyarələrinin istismarı dayandırılıb

20-03-2018, 19:17
Oxunub: 82
"Saratov aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları dayandırılıb


Rusiyada "An-148" təyyarələrinin istismarı dayandırılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin bildirib.

Eyni zamanda yoxlamalar başa çatana qədər "Saratov aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları dayandırılıb.

Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan "Saratov aviayolları" şirkətinə məxsus "An-148" tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 65 sərnişin və 6 heyət üzvü həyatını itirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti